“Bəzi xarici diplomatlar Azərbaycandan qovulsun” – deputatdan ŞOK TƏKLİF
Bizi izləyin

Qırmızı.az

“Bəzi xarici diplomatlar Azərbaycandan qovulsun” – deputatdan ŞOK TƏKLİF

Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov Azərbaycanda akkreditə olunan bir sıra beynəlxalq təşkilatların və diplomatik korpusların bağlanılması təklifi ilə çıxış edib.

Deputat E.Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən hər hansı beynəlxalq və diplomatik qurum akkreditə olduğu ölkə daxilində pozuculuq və təxribatla məşğul olursa, müxalifəti radikal istiqamətdə təlimatlandırırsa, təbii ki, onlara qarşı ciddi tədbirlər görülməlidir:

“Mənə qalsa, Azərbaycanda qərəzli formada fəaliyyət göstərən beynəlxalq təşkilatlar və diplomatik korpusların hamısı ölkədən qovulardı. Mən dəfələrlə bildirmişəm ki, Azərbaycan daxilində fəaliyyət göstərən hər hansı beynəlxalq təşkilat və diplomatik korpuslar ölkədə müxalifətə, ictimai birliklərə və siyasi partiyalara yardım göstərirsə, onları qoruyursa, müdafiə edirsə və bununla da Azərbaycan qanunlarının əleyhinə fəaliyyət göstərirsə, o zaman həmin beynəlxalq qurumlar müxtəlif qaydalarda cəzalandırılmalıdır. Bu cəzalandırılmanın da ən yüksək həddi həmin qurumların Azərbaycandan çıxarılmasıdır”.

Bakıda səfərdə olan erməni deputatların çıxışlarına da toxunan E.Məmmədov deyib:

“Ermənilər ATƏT-in dəvəti ilə Bakıda tədbirə gəliblər. Azərbaycanda da ermənilər yaxşı cavablarını alırlar. Ancaq ATƏT erməniləri cəzalandırmalıdır. Çox təəssüf ki, indiyədək bu qrum Ermənistanı yerində oturda bilməyib.

ATƏT-in Minsk qrupu isə Dağlıq Qarabağ münaqişəsinin həlli deyil, əksinə, bu problemə mane olmaq istiqamətində fəaliyyət göstərir. Minsk qrupunun fəaliyyəti heç vaxt ədalətli olmayıb və bizim xeyrimizə yönəlməyib. İndiyədək ATƏT ancaq işğalçı dövlətə üstün münasibət göstərib. Həmsədr dövlətlərin Ermənistana münasibətləri də məlumdur.

Həmsədr dövlətlərin mövqeləri bu regionda toqquşduğu üçün Dağlıq Qarabağ münaqişəsinin onlar tərəfindən həlli inandırıcı deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm