Azad Rəhimovun Qubadakı nümayəndəsinin həbsi yalan çıxdı
Bizi izləyin

Qırmızı.az

Azad Rəhimovun Qubadakı nümayəndəsinin həbsi yalan çıxdı

Quba rayon gənclər və idman idarəsinin rəisi Mustafa Mehalayev bu gün polis bölməsinə aparılması ilə bağlı bəzi KİV-də yayılan xəbərlərə münasibət bildirib.

M.Mehalayev Publika.az-a açıqlamasında sözügedən məlumatları təkzib edib:

“Tədbir başlayan zaman polislə başqa bir qonaq arasında anlaşılmazlıq yarandı və mən müdaxilə edib aranı sakitləşdirdim. Sona qədər qonaqlarla tədbirdə əyləşmişik, yay fəsli olduğu üçün Qubada tanınmış müğənnilərin konsertlərinin təşkili ilə bağlı müzakirələr aparmışıq. Ancaq gənclər üçün təşkil edilən tədbirdə bəzi KİV-in yazdığı kimi fövqəladə bir şey baş verməyib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm