67 yaşlı kişi evində ölü tapıldı
Bizi izləyin

Qırmızı.az

67 yaşlı kişi evində ölü tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1947-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

AzVision.az FHN-nın rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər 9 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından daxil olublar. Mənzilə baxış keçirilərkən Arif Ağaəli oğlu Dadaşov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Dadaşovun vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:41-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm