Zakir Həsənov Fransa nümayəndəsini qəbul edib
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov Fransa nümayəndəsini qəbul edib

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin Avropa və Cənubi Amerika üzrə direktor müvini cənab Jan-Kristov Nuronu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye də iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm