"NATO Azərbaycanda baza yaratmayacaq”
Bizi izləyin

Qırmızı.az

"NATO Azərbaycanda baza yaratmayacaq”

"NATO Azərbaycanda baza yaratmayacaq”.

Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov NATO-nun Azərbaycanda hərbi baza yaratma ehtimalı ilə bağlı məsələni şərh edərkən söyləyib.

O, Azərbaycanın öz ərazisində hansısa xarici dövlətin hərbi hissəsinin yerləşdirilməsinə heç vaxt icazə verməyəcəyini bildirib:

“NATO-nun Azərbaycanda hərbi baza yaratması məsələsi cəfəngiyatdır. Azərbaycanın Hərbi doktrinasında da dəqiqliklə göstərilib ki, Azərbaycanda heç bir xarici ölkənin hərbi bazası yerləşdirilə bilməz. Burada NATO-nun hərbi bazasına da ehtiyac yoxdur. NATO Azərbaycanla ona görə əməkdaşlıq edir ki, təhlükəsizlik və müdafiə məsələlərində Bakıya yardımçı olsun. NATO Gürcüstanla daha çox yaxındır. Əgər istəsəydilər, bazanı məhz orada yaradardılar. NATO-nun özü də çox gözəl anlayır ki, burada həm Rusiya, həm İranın maraqları toqquşur. Ümumiyyətlə, Azərbaycanda hər hansı NATO bazasının olmasını mən düşünmürəm və görmürəm”.

Qeyd edək ki, bir müddət öncə bəzi analitiklər NATO-nun Azərbaycanda hərbi baza yaradacağı ilə bağlı iddia ilə çıxış etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm