Bazar partladıldı- 18 ölü, 50 yaralı
Bizi izləyin

Qırmızı.az

Bazar partladıldı- 18 ölü, 50 yaralı

Nigeriyanın Mayduquri şəhərinin mərkəzi bazarı ərazisində törədilmiş güclü partlayış nəticəsində 18 nəfər ölüb. Publika.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində daha 50 nəfər yaralanıb.

Müdafiə Nazirliyinin məlumatına görə, partlayıcı qurğular yük maşınına quraşdırılıb.

Partlayışı “Boko Haram” terror təşkilatının üzvlərinin törətdiyi ehtimal olunur.

Bir müddət əvvəl yayılan məlumata əsasən, hərbçilər “Boko Haram”ın bir qolunu ifşa edərək onun liderini saxlamağa müvəffəq olublar. Müdafiə Nazirliyinin məlumatında bu insanın apreldə 200-dən çox məktəbli qızın oğurlanması ilə əlaqəli olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm