“General Motors”da partlayış: 1 ölü, 5 yaralı
Bizi izləyin

Qırmızı.az

“General Motors”da partlayış: 1 ölü, 5 yaralı

Bu gün ABŞ-nin İndiana ştatında yerləşən “General Motors” korporasiyasının zavodunda partlayış baş verib. Publika.az-ın məlumatına görə, partlayış zavodun kuzovların ştamplama hissəsində olub. Partlayış nəticəsində bir nəfərin öldüyü, beşinin isə yaralanğı qeyd edilir.

Yanğınsöndürənlərin bildirdiyinə görə hələ məlum olmayan səbəblərdən zavodda istehsalatda istifadə olunan kimyəvi maddə xlor dioksid partlayıb. Yerli hakimiyyətin dediyinə görə yaralananların həyatına heç bir təhlükə yoxdur.

Hadisədən dərhal sonra müəssisənin bütün əməkdaşları evakuasiya edilib. “General Motors” mətbuat katibi, xanım Stefani Yentgen bildirib ki, "hazırda vəziyyət nəzarət altındadır". Partlayışla əlaqədar istintaqa başlanılıb.

Qeyd edək ki, 1956-cı ildə işə başlayan “General Motors” zavodu ştatın paytaxtı İndianapolisdən 100 km aralıda yerləşir. Zavodda 1 600 nəfər işçi çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm