FHN atəşkəs vaxtı baş verən yanğın barədə məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

FHN atəşkəs vaxtı baş verən yanğın barədə məlumat yaydı

Bu gecə erməni silahlı birləşmələri Coranboyun Tap Qaraqoyunlu kəndini intensiv atəşə tutub. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, yarım saat davam edən intensiv atəş nəticəsində kənd sakini Münəvvər Məmmədovun tövləsində yanğın baş verib.

Məlumata görə, yanğın tələfatla nəticələnib.

FHN xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları, damına yığılmış 14 ton ot bağlaması yanıb və tövlənin içərisində olan 7 baş iri buynuzlu heyvan tələf olub. Tövləyə bitişik olan 2 ev yanğından mühafizə olunub.

Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm