Nazir: "3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib"
Bizi izləyin

Qırmızı.az

Nazir: "3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib"

Artıq neçə ildir ki, Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Trend xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-in Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli tədbirdə deyib.

Nazir qeyd edib ki, 2013-cü il və cari ilin 6 ayı ərzində 31 mindən çox ərizə və şikayət araşdırılıb, eləcə də nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 7 minə yaxın vətəndaş qəbul edilib: "Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub. Həyata keçirilmiş hərtərəfli islahatlar, innovasiya və modernləşmə fəaliyətinin keyfiyyətcə yeni müstəviyə yüksəlməsi cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşlarımızın qanuni mənafelərini etibarlı müdafiə etməyə tam imkan verir".

R.Usubov bildirib ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 10 ildə orta hesabla 231 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Bu dövrdə cinayətləin orta illik açılması 90 faiz olub, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda la 37 mindən çox təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 12 mindən artıq odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Nazirin sözlərinə görə, məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir: "Bütün bunlar ölkədə uğurla gedən qanunçuluq işlərinin, iqtisadi yüksəlişin, əhali və vətəndaş cəmiyyəti institutları ilə səmərəli işgüzar əlaqələrimizin müsbət nəticələridir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm