Erməni postuna hücumla bağlı rəsmi Açıqlama
Bizi izləyin

Qırmızı.az

Erməni postuna hücumla bağlı rəsmi Açıqlama

Azərbaycan əsgərlərinin düşmən üzərinə hücumu barədə Ermənistan mətbuatının yaydığı məlumatların heç bir əsası yoxdur və həqiqətə uyğun deyil.

Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

“Bu, Ermənistan tərəfinin uydurmasıdır. Əsgərlərimiz atəşkəs rejiminə ciddi əməl edir”.

Ermənistan mətbuatının bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbərinə istinadən verdiyi məlumatda bildirilir ki, iyulun 1-də saat 15:00 radələrində Tavuş vilayətinin Ayqepar kəndi istiqamətində Azərbaycan ordusunun əsgərləri erməni ordusunun döyüş postlarından birini mühasirəyə alaraq ələ keçirməyə cəhd edib. Lakin Azərbaycan tərəfinin bu cəhdinin qarşısı alınıb. Ermənistan ordusu heç bir itki verməyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm