Səlim Müslümov mətbuat xidmətinə yeni rəhbər təyin etdi
Bizi izləyin

Qırmızı.az

Səlim Müslümov mətbuat xidmətinə yeni rəhbər təyin etdi

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin yeni mətbuat xidmətinin rəhbəri məlum oldu.

Bu barədə Nazirliyin Aparat rəhbəri Əjdər Ol məlumat verib. Bildirib ki, nazirliyin yeni mətbuat katibi vəzifəsini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinin rəhbnəri Elman Babayev icra edəcək.

Ə.Olun sözlərinə görə, E.Babayevin yeni vəzifəsi ilə bağlı gün əmr veriləcək.

Qeyd edək ki, 2012-ci ildən bu günə qədər bu vəzifəni İlham Məmmədov yerinə yetirirdi. O, bir neçə gün əvvəl vəzifəsindən istefa vermişdi. Xatırladaq ki, Elman Babayev bu vəzifəyə qədər “Kaspi” qəzetində, “Trend” İnformasiya Agentliyində müxbir işləyib. 2008-ci ildən isə Dövlət Sosial Müdafiə Fondunda çalışmağa başlayıb.(Azvision.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm