Qadını binanın damından özünü atmağa nə vadar etdi? (FOTO 18+)
Bizi izləyin

Qırmızı.az

Qadını binanın damından özünü atmağa nə vadar etdi? (FOTO 18+)

Ötən gün Bakının Xətai rayonunda özünü hündürmərtəbəli binadan atan qadının kimliyi bilinib. Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Nobel prospekti 9 ünvanında yerləşən yaşayış binasının damından özünü ata qadın 1972-ci il təvəllüdlü Mətanət Məmməd qızı Abbasovadır.


Hadisə saat 17:40-da baş verib. Qadın Afiyəddin Cəlilov küçəsindəki binada yaşayır. Lakin qadın özünü həmin bina ilə üzbəüz binanın damından atıb. Qadın evli olub və 14 və 16 yaşlı oğlanları var. Hadisədən sonra qadının həyat yoldaşı və uşaqları da hadisə yerinə gəliblər. Ailə qadının əməlindən şoka düşdüyündən konkret nəsə deyə bilməyiblər.


Hazırda qadının özünü öldürmə səbəblərini araşdırmaq üçün xüsisi əməliyyat qrupu yaradılıb.


Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm