Bakıda bankın sistemi çökdü
Bizi izləyin

Qırmızı.az

Bakıda bankın sistemi çökdü

Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb. Bu barədə ANS PRESS-in "qaynar xətti"nə məlumatlar verilir.


ANS PRESS-in məlumatına görə, fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da, saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: "İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq",- deyə bürodan bildirilib.


ANS PRESS-in qaynar xəttinə daxil olan məlumata görə, işçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunur. Şahidlər bildirib ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm