Bankomatdan pulu kartsız çıxarın (R)
Bizi izləyin

Qırmızı.az

Bankomatdan pulu kartsız çıxarın (R)

Artıq bankomatlardan kart olmadan da pul çıxarmaq olur.Unibank bank xidməti sahəsində daha bir yeniliyə imza atdı. Unibank plastik kartlarında tətbiq olunan Cash by Code xidmətinin aktivləşdirilməsi, müştərilər üçün bankomatların yeni bir imkanını üzə çıxardı.

Cash by Code- asan, tez, rahat, təhlükəsiz şəkildə və 7/24 prinsipi ilə fəaliyyət göstərən bir xidmətdir. Bu xidmət nəticəsində bankın müştərisi öz kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir.

Vəsaitlərin göndərilməsi və alınması MilliKart-da xidmət olunan və Cash by Code xidmətinə qoşulmuş, istənilən bankın bankomatında mümkündür. Göndərilən vəsaiti cəmi bir neçə saniyə ərzində bankomatdan çıxarmaq olar. Bu çox sadədir.

Müştəri bankomatda Cash by Code xidmətini seçərək məbəği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan müvafiq şifrə (1-ci hissə) əks olunmuş qəbz çap edilir.Vəsaiti alacaq şəxsə SMS vasitəsilə müvafiq şifrə (2-ci hissə) göndərilir. Müştəri kod qəbzdəki şifrə və SMS vasitəsilə göndərilən şifrələri ardıcıllıqla daxil edir və vəsaiti çıxarır. Məbləği bankomatdan məxaric etdikdə heç bir komissiya tutulmur.

Yalnız Unibank kartı vasitəsilə köçürmə edən müştəridən 1% (min.1 AZN/USD/EUR/GBP) həcmində komissiya tutulacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm