Qar yağacaq, yollar buz bağlayacaq
Bizi izləyin

Qırmızı.az

Qar yağacaq, yollar buz bağlayacaq

Yanvarın son günləri qar yağacaq, yollar buz bağlayacaq

Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.

Publika.Az-ın verdiyi xəbərə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin məlumat yayıb.

Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın olacaq.

Yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm