• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

43 nəfərə "Əmək veteranı" adı verilib

43 nəfərə "Əmək veteranı" adı verilib

Cari ilin 6 ayı ərzində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 43 nəfərə "Əmək veteranı" adı və vəsiqəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, onlardan 8 nəfəri qadındır. Ümumilikdə son 5 ildə və cari ilin ilk yarısı da daxil olmaqla ƏƏSMN tərəfindən "Əmək veteranı" adı və vəsiqəsi verilənlərin sayı 400 nəfərə yaxın olub.

Nazirlər Kabinetinin "Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş Əsasnaməyə əsasən, "Əmək veteranı" adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlara (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) verilir.

"Əmək veteranı" adı və vəsiqəsinin verilməsi qaydası və bunun üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-in rəsmi internet saytının (www.mlspp.gov.az) "Fəaliyyət və xidmətlər" bölümündə təqdim olunur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR