• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

9 yeni dövlət standartı təsdiq edilib

9 yeni dövlət standartı təsdiq edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir neçə dövlət standartı təsdiq edilib.

Komitədən Publika.az-a verilən məlumata görə, Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS ASTM D1556-2014 "Qum-konus üsulu ilə yerdə torpağın çəki vahidinin və sıxlığının təyini üçün standart sınaq metodu", AZS IEC 60076-2-2014 "Güc transformatorları. Hissə 2: Maye yüklü transformatorlar üçün temperaturun yüksəlməsi", AZS ISO 60076-5-2014 "Güc transformatorları. Hissə 5: Qısa qapanmaya davamlılıq", AZS ISO 13706-2014 "Neft, neft-kimya və təbii qaz sənayesi. Hava soyutma sistemli istilik mübadiləediciləri", AZS ISO 10816-4-2014 "Mexaniki vibrasiya - fırlanmayan hissələrin ölçülməsi üzrə mexaniki vibrasiyanın qiymətləndirilməsi. Hissə 4: Hidrodinamik yastıqlı qaz turbinləri", AZS ISO 12944-2-2014 "Boyalar və laklar. Qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyaların korroziyadan qorunması. Hissə 2: Ətraf mühitin təsnifatı", AZS ISO 12944-8-2014 "Boyalar və laklar. Qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyaların korroziyadan qorunması. Hissə 8: Yeni iş və texniki xidmət üzrə spesifikasiyaların işlənib hazırlanması", AZS ISO 12944-5-2014 "Boyalar və laklar. Qoruyucu boya sistemləri vasitəsilə polad konstruksiyaların korroziyadan müdafiəsi. Hissə 5: Qoruyucu boya sistemləri", AZS RP 0193-2014 "Tövsiyə edilən standart qayda. Qrunt səviyyəsində yerləşən və karbonlu poladdan hazırlanmış saxlama çəninin dib hissəsinin xaricdən katod mühafizəsi" dövlət standartları təsdiq edilib.

AZS ASTM D1556-2014 dövlət standartı qum konus aparatının vasitəsi ilə torpağın çəki vahidini və sıxlığını müəyyən etmək üçün istifadə edilir və diametri ½ düymdən (38 mm) artıq olmayan, bərk, iri maddələrsiz və qayasız torpaqlar üçün tətbiq edilir;

AZS IEC 60076-2-2014 dövlət standartı maye yüklü transformatorlara şamil edilir, soyutma üsullarına əsasən güc transformatorlarını, temperaturun yüksəlmə dərəcəsini müəyyənləşdirir və temperaturun yüksəlməsini yoxlamaq üçün üsullar təklif edir.

AZS ISO 60076-5-2014 dövlət standartı xarici qısa qapanmalardan törəyən yüksək gərginliyin səbəb olduğu zədələnmələrdən müdafiə olunmaq üçün güc transformatorlarına tələbləri müəyyən edir və güc transformatorlarının bu cür yüksək gərginlik ötürmələrinə davamlı termal qabiliyyətini nümayiş etdirmək üçün istifadə olunan hesablama prosedurlarını və hər iki nisbi dinamik effektlərə davamlılığı nümayiş etdirmək üçün istifadə olunan ərazi hesablama metodlarını və xüsusi sınağı təsvir edir.

AZS ISO 13706-2014 dövlət standartı hava soyutma sistemli istilik mübadiləedicilərinin tərtibi, materialları, istehsalı, yoxlanması, sınaqdan keçirilməsi, neft və təbii qaz sənayesində istifadə edilməsi üçün daşınmaya hazırlanması üzrə tələbləri və tövsiyələri özündə əks etdirir.

AZS ISO 10816-4-2014 dövlət standartı bütün əsas yastıqların yuvalarında və dayaqlarında val oxuna radial istiqamətdə və dayaq yastıqlarında ox istiqamətində ölçülmüş genişzolaqlı vibrasiyanın kəskinliyinin qiymətləndirilməsi üçün şərtləri müəyyən edir.

AZS ISO 12944-2-2014 dövlət standartı polad konstruksiyaların məruz qaldıqları əsas ekoloji halların təsnifatından və bu ekoloji halların korroziya xüsusiyyətindən bəhs edir.

AZS ISO 12944-8-2014 dövlət standartı qoruyucu boya sistemlərindən istifadə etməklə polad konstruksiyaların korroziyadan qorunması üzrə spesifikasiyaların işlənib hazırlanmasından bəhs edir.

AZS ISO 12944-5-2014 dövlət standartında polad konstruksiyaların korroziyadan müdafiəsində ümumi şəkildə istifadə edilən boya sistemi və boya növləri təsvir olunur.

AZS RP 0193-2014 dövlət standartında qrunt səviyyəsində yerləşən və karbonlu poladdan hazırlanmış saxlama çənlərinin dib hissəsi üçün nəzərdə tutulan katod mühafizəsi sisteminin layihələnməsi, quraşdırılması və texniki xidməti üzrə təlimatlar təqdim edilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR