• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bakıda vitse-prezidentin qolu sındı - FOTO

Bakıda vitse-prezidentin qolu sındı - FOTO

Bakıda gəzintiyə çıxan ATƏT PA-nın vitse-prezidentin qolu sınıb.

Axar.az xəbər verir ki, Bakıda keçirilən ATƏT PA-nın 23-cü yay sessiyası zamanı xoşagəlməz hadisə baş verib.

İki gün öncə axşam saatlarında tədbir sona çatdıqdan sonra paytaxt Bakını gəzməyə çıxan İsveçdən olan ATƏT PA-nın vitse-prezidenti xanım Valburq Habsburq Duqlas qolunu sındırıb.

Bu gün səhər saatlarında gender məsələləri ilə bağlı çıxış etməli olan xanım deputatın tədbirdə iştirak etməyəcəyi deyilib. Amma qolu sarıqlı olan xanım V.H. Duqlas tribunaya çıxaraq təqdimat etməyi bacarıb.

Xatırladaq ki, iyunun 28-də başlanan ATƏT PA-nın 23-cü yay sessiyası bu gün - iyulun 2-də bitib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR