Firudin Cəlilov Mərkəzi Gömrük Hospitalına yerləşdirildi (Yenilənib)
Bizi izləyin

Qırmızı.az

Firudin Cəlilov Mərkəzi Gömrük Hospitalına yerləşdirildi (Yenilənib)

Sabiq təhsil naziri, professor Firudin Cəlilov səhhətində yaranmış narahatlığa görə, bu gün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Hazırda o, həkimlərin nəzarətindədir və müayinə edilir. Publika.az-ın məlumatına görə, tanınmış alim sözügedən xəstəxanada dövlət hesabına pulsuz müalicə olunacaq.

16:42

“Professor Firudin Cəlilov səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. Həkimlərin rəyinə əsasən, o, növbəti həftə Türkiyənin Bayandır Xəstəxanasında əməliyyat ediləcək. Həmin vaxta qədər F.Cəlilov xəstəxanada qalacaq”.

Bu barədə Publika.az-a F.Cəlilovun yaxınları məlumat verib. F.Cəlilov 1995-ci ildən damar tıxanıqlığı xəstəliyindən əziyyət çəkir və indiyədək 3 dəfə əməliyyat olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm