Hürrü Əliyev Kamal Kılıçdaroğlu ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Hürrü Əliyev Kamal Kılıçdaroğlu ilə görüşüb

Hürrü Əliyev Kamal Kılıçdaroğlu ilə görüşüb

Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının təşkilat komitəsinin sədri Hürrü Əliyevin Türkiyəyə səfəri davam edir.

Ötən gün Türkiyənin ana müxalifət lideri Cumhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu Hürrü Əliyevi qərarganında növbəti dəfə qəbul etmişdir. Ilkin olaraq geniş heyyətlə başlayan görüş daha sonra tərəflər arasında təkbətək davam etmişdir.

Görüşdə Türkiyə Azərbaycan münasibətlərinin hazırkı durumu, Dağlıq Qarabağ problemi və Güney Azərbaycan məsələləri müzakirə edilmişdir. Həmçinin CHP və AMACP arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələsi ilə bağlı ikitərəfli razılıq əldə edilmişdir. Kılıçdaroğlu H.Əliyevi növbəti dəfə Türkiyədə, xüsusi ilə də CHP-də görməsindən məmnunluq duyduğunu ifadə edərək, vurğulamışdır ki, bundan sonra da CHP-nin qapıları hər zaman AMACP üçün açıqdır.

Görüş zamanı H.Əliyev Türkiyədə yaxınlaşmaqda olan bələdiyyə seçkilərində CHP-yə qalibiyyət arzulamışdır. Görüş çox səmimi müstəvidə keçmiş və hər iki tərəf bu görüşlərin intensiv olmasını vurğulamışdır.

Onu da qeyd edək ki, bu dəfəki səfər zamanı Hürrü Əliyev CHP-nin xarici əlaqələr üzrə başqan yardımçısı Faruk Loğoğlu və CHP Ankara bələdiyyə başqanlığına namizəd Mansur Yavaşla da görüşlər keçirmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm