Bakıda döyüş sursatı tapıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda döyüş sursatı tapıldı

Bakı şəhəri, Binəqədi rayonunda tikinti işləri aparılan ərazidə döyüş sursatı aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 2 ədəd FQ 9 mərmisi, 45 ədəd tüstü şaşkası, 700 ədəd əleyhiqaz, 8000 ədəd fərdi dozametr, 1000 ədəd doza ölçən flakon (məhlul), 15 ədəd doza ölçən aparat aşkar edilib.

Aşkarlanmış sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm