Bakıda 3 maşın toqquşdu
Bizi izləyin

Qırmızı.az

Bakıda 3 maşın toqquşdu

Dünən günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, hava limanı istiqamətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

ANS TV-nin məlumatına görə, hadisə zamanı dönmə əməliyyatını düzgün aparmayan “SHACMAN” markalı yük maşınının sürücüsü idarəetməni itirərək avtomobilini yolun sağındakı çörək daşıyan “Qazel" markalı maşına çırpıb, zərbənin təsirindən nəqliyyat vasitəsi özündən sağdakı 204 saylı “Otoyol” markalı sərnişin avtobusuna dəyib.

Qəza zamanı xəsarət alan olmasa da hər üç maşına ciddi ziyan dəyib. Hadisə şahidlərinin sözlərinə görə, “SHACMAN” markalı yük maşınının sürücüsü nəqliyyat vasitəsini sənədsiz idarə edib və yol hərəkət qaydalarını da naşı olduğu üçün pozub. Yük maşınının sürücüsü isə deyilənləri təkzib edib.

Amma yük maşınında olan Elnur Şirəliyev onun yerinə cavab verdi: “204 saylı “Otoyol” markalı sərnişin avtobusu hərəkət etmirdi. Bu an avtobusun arxasından “Qazel” markalı avtomobil çıxdı. Nəticədə yük maşını “Qazel”lə toqquşdu”.

Qəza zamanı zərbənin təsirindən aşan “Qazel” markalı nəqliyyat vasitəsinin sürücüsü Miryasəf Fəttahov hadisə anını belə xatırlayır: “ “SHACMAN” markalı yük maşınının sürücüsünün heç bir sənədi yoxdur. Mən başa düşə bilmirəm ki, bu maşını sənədsiz idarə etməyə kim icazə verib”.

Hadisə baş verən zaman 204 saylı avtobusda sərnişin olmayıb. Avtobus sürücüsü də qəzanın “SHACMAN”ı idarə edənin səhlənkarlığı səbəbindən baş verdiyini deyir.

Zəncirvari qəza şəraitinə görə yolda sıxlıq yarandı. Hətta, bu sıxılıqda növbəti qəza da qaçılmaz oldu. Daha bir yük maşını minik maşını ilə toqquşdu. Həmin müddətdə isə 3 nəqliyyat vasitəsinin toqquşma səbəblərini araşdırmaq üçün əraziyə Yol Patrul Xidmətinin müfəttişləri cəlb olundu. Hadisə yerində müayinələr aparıldıqdan sonra, yolda hərəkət tənzimləndi.

Daha sonra qəza törədən nəqliyyat vasitələri ərazidən uzaqlaşdırıldı və yolda digər avtomobillərin normal hərəkəti bərpa olundu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm