Metro terrorundan 20 il ötür
Bizi izləyin

Qırmızı.az

Metro terrorundan 20 il ötür

1994-cü il iyulun 3-də erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib. Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb.

Terror aktını törədməktə şübhəli bilinən Azərbaycan vətəndaşı Azər Aslanov Moskva şəhərində həbs olunub və Azərbaycana ekstradisiya edilib. 1998-ci ildə A.Aslanov öz ifadələrində bildirib ki o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanova ömürlük həbs cəzası verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm