• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İki "Opel" toqquşdu

İki "Opel" toqquşdu

Bakının Xətai rayonunda iki minik maşınının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Nobel prospektində baş verən hadisə zamanı üzü şəhər istiqamətində hərəkətdə olan “Opel” maraklı minik avtomobilinini sürcüsü döngədə maşına nəzarəti itirib. Maşını normal vəziyyətə gətirməyə çalışan sürücü buna nail ola bilməyincə, onunla eyni istiqamətdə hərəkət edən digər “Opel” markalı maşına çırpıb.

Bundan sonra tamamilə sürücünün nəzarətindən çıxan avtomobil yol kənarındakı ticarət obyektinin qarşısına basırılan dəmir borulara çırpılıb.

“Opel”in sürücüsü Elvin Həsənzadənin köməyinə ətrafdakı insanlar gəlib. Yaralı sürücü hadisə şahidlərinin köməyi ilə maşından çıxarılaraq 3 saylı şəhər xəstəxanasına aparılıb. Dəmir borulara çırpılan maşının mühərrik hissəsində tüstülənmə müşahidə olunduğundan, qabaqlayıcı təbdir kimi əraziyə yanğınsöndürmə birqadası da çağırılıb.

Qəzanın təfərrüatlarını Xətai polisi araşdırır.

Hadisəyə səbəb kimi sürücünün sürət həddini aşması və dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR