Paytaxtın ən böyük prospektində hərəkət məhdudlaşdı
Bizi izləyin

Qırmızı.az

Paytaxtın ən böyük prospektində hərəkət məhdudlaşdı

Bu gün saat 10:00-dan etibarən, Heydər Əliyev prospektinin Böyükşor yol qovşağından Hava limanı yol qovşağına qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Publika.az-ın məlumatına görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə “Azəryolservis” ASC-dən məlumat verilib.

Yolda hərəkətin məhdudlaşdırılmasına səbəb yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm