"Bakı Metropoliteni"nin strukturu təsdiqləndi
Bizi izləyin

Qırmızı.az

"Bakı Metropoliteni"nin strukturu təsdiqləndi

Azərbaycan hökuməti "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini və strukturunu təsdiq edib.


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alıb ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin.


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin.


"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyəti hüquqi şəxs statusunu itirirlər.


"Bakı Metropoliteni Nizamnaməsinin təsdiqi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 197 nömrəli qərarı ləğv edilsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm