• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Metropoliten: “Bu problemi inkar edə bilmərik”

Metropoliten: “Bu problemi inkar edə bilmərik”

Bəzən Metropolitenin ödəniş aparatlarında problemlər olur. Bu faktı inkar edə bilmərik. Lakin bu gün səhər saatlarında metroda ciddi sıxlıq yaranmayıb.

Bu sözləri Publika.az-a açıqlamasında “Metroploiten”in mətbuat ximdətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, gediş haqqının ödənildiyi aparatlarda olan problem sıxlığa səbəb olmayıb.

“Banklarda, pay-point aparatlarında olduğunu kimi,metrodakı ödəniş aparatlarında manatın qəbul edilməməsi müşahidə edilir. Bu problem texniki məsələlərlə əlaqədardır”.

Bəzən ödənilən məbləğin hesabda göstərilməməsinə gəldikdə, N.Paşayev bununla bağlı metro əməkdaşlarına müraciət edildiyi halda problemin aradan qaldırıldığını dedi. Bu da yəqin ki, texniki problemlə əlaqədar olur.

Xatırladaq ki, axar.az-ın məlumatına görə, bu gün səhər saatlarında “Koroğlu” stansiyasında gediş haqqı yükləmək üçün 5 aparatdan 2-də nasazlıq olub. Bu da sıxlığa səbəb olub.

Belə bir hal bu gün "Həzi Aslanov" stansiyasında da müşahidə olunub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR