
Yalan bomba xəbəri verən şəxs tutulub. Bu barədə məlumat Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.
Məlumata görə, iyulun 1-də saat 23.00 radələrində naməlum şəxs
taksafondan DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək paytaxtın
Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Plaza” barına
partlayıcı maddə qoyulması barədə məlumat verib.
Dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.
Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər
sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulub.