Azərbaycan Dillər Universitetində məzun günü keçirildi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Dillər Universitetində məzun günü keçirildi

İyulun 2-də Azərbaycan Dillər Universitetində (ADU) 2013-2014-cü tədris ilində universiteti bitirən bakalavr və magistr tələbələrin “Məzun günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Mələhət Həsənova, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, professor Səməd Seyidov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzu edib. O, Azərbaycan Dillər Universitetinin Azərbaycan üçün savadlı mütəxəssislər yetişdirdiyini qeyd edib. Respublikamızda təhsilin inkişafında həyata keçirilən islahatların əhəmiyyətini xüsusilə vurğulayan rektor universitetin fəaliyyəti, təhsil sistemi, uğurları və beynəlxalq əlaqələri haqqında da ətraflı məlumat verib.

Rektor, professor Səməd Seyidov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elmə, təhsilə və gənclərin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açıb. Bu gün Azərbaycan təhsil sistemi içərisində ADU-nun məzunlarının xüsusi yeri olduğunu deyən rektor Səməd Seyidov məzunları güclü olduğu zaman universitetin adının da hər zaman yüksəklərdə olacağını vurğulayıb. O, məzunlara ADU-nun adını daim uca tutmalarını və universitetlə əlaqələrini kəsməmələrini tövsiyyə edibi.

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova çıxışında universiteti bitirən tələbələrə müstəqil bir dövlətin məzunları olduqlarını bildirib. Məlahət Həsənova müstəqil həyata vəsiqə qazanmış məzunları təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ADU-nun Filologiya və jurnalistika fakültəsinin məzunu, universitetin THT sədri Aytəkin Mehdiyeva ADU-nun rektoru Səməd Seyidova və professor-müəllim heyətinə öz minnətdarlığını bildirib. O, məhz Azərbaycan Dillər Universitetinin məzunu olduğunu üçün fəxr etdiyini deyib. Məzunları təbrik edən Aytəkin Mehdiyeva onlara Azərbaycan üçün layiqli, savadlı vətəndaşlar olmalarını arzu edib.

Valideynlər adından çıxış edən Filologiya və jurnalistika fakültəsinin məzunu Gülşən Cavadzadənin anası Afət Cavadzadə öz növbəsində məzunları təbrik edib. Afət Cavadzadə qızının mütəxəssis və şəxsiyyət kimi formalaşmasında rolu olan ADU-nun rektoru, professor Səməd Seyidova və univeristetin professor-müəllim heyətinə öz təşəkkürünü bildirib.

Çıxışlardan sonra universiteti fərqlənmə ilə bitirən məzunlara diplomlar verilib. Mərasimdə, həmçinin 30 nəfər tələbəyə ali məktəb tərəfindən təsis edilmiş sertifikatlar və ADU THT tərəfindən hazırlanan hədiyyələr də təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib. Qeyd edək ki, 2013-2014-cü tədris ilində ADU-nu fakültələr üzrə əyani şöbədə 932, qiyabi şöbəsində 82, həmçinin universitetin magistratura pilləsini 157 tələbə bitirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm