Tələbələrə putyovka və təqaüd veriləcək
Bizi izləyin

Qırmızı.az

Tələbələrə putyovka və təqaüd veriləcək

Azərbaycanda elmdə və təhsil alanların elmi tədqiqat işinin təşkilində uğur əldə edən tələbələrə pulsuz istirahət putyovkaları və adlı təqaüdlər veriləcək.


Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil nazirinin əmri ilə təsdiqlənən "Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə"də öz əksini tapıb.


Əsasnaməyə görə, elmdə və təhsil alanların elmi tədqiqat işinin təşkilində əldə etdikləri nailiyyətlərə görə tələbələr ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən Fəxri fərman, diplom, qiymətli hədiyyələr, pul mükafatları, pulsuz istirahət putyovkaları və s. ilə rəğbətləndirilə bilər.


Elmi nailiyyətlər qazanmış tələbələr xarici ölkələrdə keçirilən elmi olimpiada, konfrans, müsabiqə və sərgilərdə iştirak etmək üçün ali təhsil müəssisəsinin vəsaiti hesabına göndərilə bilər.


Fəal elmi işlə məşğul olan və təhsildə yüksək göstəricilər əldə edən tələbələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada adlı təqaüdlər verilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm