Ali məktəblər Tələbə Elmi cəmiyyətləri yaradılacaq
Bizi izləyin

Qırmızı.az

Ali məktəblər Tələbə Elmi cəmiyyətləri yaradılacaq

Azərbaycanın ali məktəblərində Tələbə Elmi cəmiyyətləri (TEC) yaradılacaq. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş "Tələbə Elmi Cəmiyyəti haqqında Nümunəvi Əsasnamə"yə əsasən, bu qurumlar elmi tədqiqat və elmi-təşkilati işlərdə fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsili sahəsində isə ali tibb təhsili müəssisələrində və rezidenturada təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır.

Cəmiyyətlər ali təhsil müəssisəsinin rəhbərliyinə tabedir və müəssisənin Elmi Şurası qarşısında hesabat verir.

Bu cəmiyyətlər bir sıra vəzifələrlə yanaşı, tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi ilə də məşğul olacaq.

Tədris planını müvəffəqiyyətlə yerinə yetirən və fəal elmi tədqiqat işi ilə məşğul olan tələbələr TEC-in üzvü ola bilərlər.

TEC-in fəaliyyəti ali təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq müəyyən edilən müxtəlif büdcə və büdcədənkənar maliyyə mənbələrindən maliyyələşdirilir.

Elmi tədqiqat işlərində iştirak edən tələbələr ali təhsil müəssisəsinin kafedralarının, elmi tədqiqat institut, mərkəz və laboratoriyalarının avadanlıqlarından istifadə edirlər. Tələbə elmi tədqiqat və layihə-konstruktor işləri üçün tələb olunan lazımi maliyyə xərcləri (avadanlıq, enerji, kimyəvi maddəbr, materiallar və s.) ali təhsil müəssisəsinin büdcə və büdcədənkənar vəsaitləri hesabına ödənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm