Məhəbbət Kazımovun oğlu danışdı: “Ya Bərdədə, ya da Bakıda dəfn olunacaq”
Bizi izləyin

Qırmızı.az

Məhəbbət Kazımovun oğlu danışdı: “Ya Bərdədə, ya da Bakıda dəfn olunacaq”

"Gecə saat 2-də halı pisləşdi. Təcili Tibbi Yardım maşını çağırdıq."

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bu gün vəfat edən əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Onun sözlərinə görə, daha sonra atasının vəziyyəti nisbətən yaxşılaşıb:

“Ona görə də xəstaxanaya aparmadılar. Amma səhərə yaxın yenidən halı pisləşdi. 38 dərəcə qızdırması var idi. Səhər saat 11:00- da vəfat etdi”.

Məhəbbət Kazımovun harada dəfn olunacağı barədə ailə üzvləri hələ ki, məsləhətləşmələr aparır. Oğlu bildirib ki, atası ya Bərdədə, ya da Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Məhəbbət Kazımov sabah torpağa tapşırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm