Qadını döyüb öldürdülər
Bizi izləyin

Qırmızı.az

Qadını döyüb öldürdülər

İsmayıllıda qadını döyə-döyə öldürüblər. Publika.az Daxili İşlər Naziliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Q.Aslanov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini Rəbiyyə Talıbovanın üzərində döyülməyə xarakterik zorakılıq əlamətləri olan meyiti tapılıb. Araşdırmalar zamanı qadının döyülərək öldürüldüyü məlum olub.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm