Qırmızı.az
İynə vurulan 24 yaşlı qız öldü
Bu gün Xaçmazın Xudat şəhərində gənc qadın xəstəxanada vurulan iynədən sonra ölüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmaz Mərkəzi rayon Xəstəxanasının Xudat şəhər xəstəxanasına gətirilən Yeni Həyat kənd sakini, 24 yaşlı Sevinc Seyfulla qızı Mövludovaya iynə vurulub. İynədən sonra qızın halı daha da pisləşib və dünyasını dəyişib.
Xəstəxananın baş həkiminin müavini Lətif Abbasovun ANS PRESS-in
bölgə müxbirinə verdiyi məlumata görə, qız xəstəxanaya anafilaksik
şok diaqnozu ilə daxil olub.
“Qız allergiya xəstəsi olub. Ona iynə vurulandan sonra vəziyyəti
daha da kəskinləşib. Onun həyatını xilas etmək mümkün olmayıb”.
Həkim xəstənin ölüm səbəbinin araşdırıldığını əlavə edib.
Hazırda Sevinc Mövludovanın meyidi tibbi ekspertizaya
göndərilib.
Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov ANS
PRESS-in bölgə müxbirnə verdiyi məlumata görə, ekspertizanın
nəticələrindən sonra qadının ölüm səbəbləri məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO