Miqrantlara bəd xəbər
Bizi izləyin

Qırmızı.az

Miqrantlara bəd xəbər

Hökumətə miqrantlarla bağlı yeni qanun layihəsi təqdim olunub

“Rusiyada işləmək istəyən əcnəbilərin uyğunlaşması haqqında qanun qəbul edilərsə, 2015-ci ildə 2 milyona yaxın miqrant məcburi şəkildə rus dilini öyrənməli olacaq”.

ANS PRESS-in məlumatına görə, bunu Federal Miqrasiya Xidmətinin (FMX) rəisinin müavini Anatoli Fomenko deyib.

Onun sözlərinə görə, FMX hökumətə Rusiya ərazisində yaşayan əcnəbilərin uyğunlaşması haqqında qanun layihəsi təqdim edib. Qanun layihəsində nəzərdə tutulub ki, 2015-ci il yanvarın 1-dən etibarən yüksək ixtisaslı mütəxəssislər istisna olmaqla Rusiyada daimi yaşayış yeri əldə etmək istəyən əmək miqrantlarının rus dili, Rusiya tarixi və qanunvericiliyinə dair bilikləri yoxlanılsın.

Anatoli Fomenko həmçinin qeyd edib ki, ölkənin bütün şəhər və rayonlarında əcnəbilər üçün rus dili kursları təşkil edilib. Bu kursların 1/3-I pulsuz fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm