Prezidentə müraciət edən NİDA-çının cəzası endirildi
Bizi izləyin

Qırmızı.az

Prezidentə müraciət edən NİDA-çının cəzası endirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edən NİDA-çının cəzasını 5 ildən 2 ilə endirilib.

Bu haqda vəkil Xalid Bağırov məlumat verib. O deyib ki, Sumqayıt Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlıqdan məhrum etdiyi “Facebook” fəalı Elsevər Mürsəllinin cəzası 2 ilə endirilib. Qeyd edək ki, Elsevər Xalid Bağırovun vəkil xidmətindən imtina etdiyini açıqlayıb.

Xatırladaq ki, Elsevər Mürsəlli ötən il oktyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həbs edilib. O, külli miqdarda narkotik saxlama ittihamı ilə məhkum olunub. Bu il aprelin 3-də Elsevər Mürsəlli 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2014-cü il iyunun 23-də Elsevər Mürsəlli müraciət yayaraq əfv istəyib, NİDA-nın və AXCP-nin üzvlüyündən imtina etdiyini bildirib.

/anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm