Bakıda intihara cəhd
Bizi izləyin

Qırmızı.az

Bakıda intihara cəhd

Bakıda bir nəfər çoxmərtəbəli binanın damına çıxaraq, özünü atmaq istəyib.

Hadisə Heydər Əliyev prospektində yerləşən yeni inşa olunan binalardan birində qeydə alınıb.

Bakı şəhər sakini Orucov Elvin Bəhruz oğlu binanın damına çıxaraq özünü atmağa cəhd edib.

Hadisə yerinə gələn polis əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin səyi nəticəsində intihara cəhdin qarşısı alınıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm