Facebook üçün şəkil ölümə səbəb oldu
Bizi izləyin

Qırmızı.az

Facebook üçün şəkil ölümə səbəb oldu

Rusiyanın tərkibindəki Xakasiya Respublikasının paytaxtı Abakanın sakini olan qadın qayada duraraq şəkil çəkdirəndə yıxılıb. O, 50 metr hündürlükdən yerə düşüb.

32 yaşlı Tatyana K. Podkunya dağındakı qayaya dırmaşaraq təbiət qoynunda şəkil çəkdirmək istəyirdi. O, şəkilləri Facebook-dakı profilində yerləşdirmək istəyirdi.

Qayadan düşmüş Tatyananı xilasedicilər ölümün cəngindən ala bilməyiblər.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir. Şahidlərin ifadələrinə görə, Tatyana K sabiq sinif yoldaşı ilə birlikdə hər il dağlara yürüş edir, orada fotolar çəkdirir, məktəb illərini xatırlayırdı. Bu dəfə isə Tatyana K. qayanın üzərindəki qumsallıqda dayana bilməyib, müvazinətini itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm