İki nəfər ölümdən xilas edildi
Bizi izləyin

Qırmızı.az

İki nəfər ölümdən xilas edildi

Publika.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Nardaran-2” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin “Nardaran-2” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 19:30-da başa çatıb.


Daha bir şəxs isə Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxs də Fövqəladə Hallar Nazirliyinin “Bilgəh” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 19:35-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm