Ərini atdı, başqasıyla getdi
Bizi izləyin

Qırmızı.az

Ərini atdı, başqasıyla getdi

Binəqədi Rayon Sulutəpə qəsəbə sakini Nahid Sadıqovun (ad şərtidir) necə müddətdir axtarışda olan arvadı və uşaqları tapılıb.

Bu barədə Axar.az-a N.Sadıqovun hüquqlarını müdafiə edən hüquqşünas Səməd Vəkiov məlumat verib. Bildirib ki, qadını və iki uşağı aparan adamın şəxsiyyəti müəyyən edilib.


S.Vəkilov 40-cı polis bölməsinin əməkdaşlarının Ramiz adlı həmin şəxslə telefonla əlaqə qurduqlarını deyib. Onun sözlərinə görə, bu gün onların polis idarəsinə gətirilərək ifadələrinin alınması gözlənilir.


Xatırladaq ki, N.Sadıqov ötən həftə arvadı və iki azyaşlı qızının naməlum şəraitdə oğurlanması barədə Binəqədi Rayon 40-cı Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə məlumat verərək onların tapılmasını istəyib. Qadının son dəfə görüşdüyü ailə üzvlərinin polisə verdikləri ifadələrə görə, qızları onlara zəng edərək Naxçıvanda olduğunu bildirib. Aparılan araşdırmalar nəticəsində onun Ramiz adlı şəxsə könüllü qoşularaq getdiyi məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm