Qırmızı.az
Özünü yandıran gəlinin tükürpədici söhbəti (FOTO)
Bir müddət əvvəl Kürdəmir rayonu Qacılı kənd sakini Sevil Bəkirova intihar etmək məqsədilə özünü yandırmışdı. O, artıq reanimasiyadan palataya köçürülüb. Sevil Respublika Yanıq Mərkəzində baş verənləri Modern.az əməkdaşına danışdı.
“Bir DVD-yə görə mənə əxlaqsız dedilər”
“Günorta saat 14 radələri idi, 19 yaşlı baldızım Mətanət
hazırlıqdan gəlmişdi. Bir yerdə nahar etdik. O, bizim otağa getdi
ki, dərslərini oxusun, mən də onların otağında DVD-ni yandırıb
baxmaq istədim. Dərs oxuduğu halda gəlib televizorun səsini
azaltdı, dedi ki, söndür işləmir, qoymadı baxmağa. Mən də DVD-ni
götürüb dedim ki, sabah qardaşına verərəm aparıb düzəltdirər. Elə
bil qızın ətini kəsdilər. Girdim otağa, qapını da bağladım.
Baldızım elə ağlayırdı ki, səsinə qayınanam Zöhrə Nəsirova gəldi.
Qayınanam üstümə düşdü, mənim o davada işlətdiyim yeganə söz bu
oldu: “Mətanət, sən gedən yolları mən qayıdıram”.
Bundan sonra məsələ daha da böyüyüb:
“Qayınanam məni əxlaqsızlıqda ittiham etməyə başladı. Bildirdim ki,
əxlaqsız idimsə, niyə ailənə gəlin gətirirdin, almazdın oğluna.
Qapını örtüb otağıma girdim, ancaq yenə əl çəkmədilər. “DVD-ni
gətir qoy yerinə” deyib israr etdilər. Onsuz da gəlin gəldiyim il
yarımda bir gün görməmişdim. Axırda dedi: “”Qapını açmasan
sındıracağam, sənin ana evindən gətirdiklərinə ixtiyarın çatır,
mənim oğlumun puluna alınan şeylərə yox”. Canım boğazıma yığıldı.
Qapını açdım, DVD-ni aparıb stolun üstünə qoydum, kibriti götürüb
həyətə düşdüm”.
“Mənə dedi: “Get, ananın xarabasında özünü yandır”
“Həyətdə yarım litrlik qabda neft və 2 litrlik qabda kerosin vardı.
Allah üzümə baxdı ki, kerosini tökmədim, yəqin sağ qalmazdım.
Gözlərinin qabağında nefti başımdan aşağı tökdüm. Qayınanam mane
olmaq əvəzin dedi: “Get, ananın xarabasında özünü yandır”.
Baş verənlərə baxmayaraq, qayınana gəlini təhqir etməkdən vaz
keçməyib. Halbuki, Sevilin sözlərinə görə, heç subay vaxtı telefonu
da olmayıb:
“Yoldaşımla bir yerdə çörəkbişirmə sexində işləyirdik. Ailə
qurandan sonra yoldaşım işləməyimi istəmədi. Bunu ona görə deyirəm
ki, qayınanamın söylədikləri hamısı böhtandır. Nə isə, dedim ki,
özümü elə burda yandıracam, səni də məhkəməyə verəcəm. 2 dəfə
kibriti vurdum yanmadı, 3-cü dəfə saçım alışdı, bir də gördüm
alışa-alışa gedirəm. Qayınanam məni yerə yıxıb alovu söndürməyə
çalışırdı. Sonra harasa getdi, mən də qışqıraraq darvazadan bayıra
çıxıb qonşuları köməyə çağırdım. Qonşular üstümə su töküb alovu
söndürdülər.
Sonra huşumu itirmişəm, özümə gələndə dəhşətli dərəcədə ağrıyırdım,
bütün bədənim göynəyirdi. Bu zaman qayınanam bədənimə qatıq vurmağa
başladı. Həkimə getmək üçün isə qaynımı gözləməli olduğumu
bildirdi. Daha dözə bilmirdim, dedim özüm piyada gedəcəm”.
Məhz bundan sonra qaynana gəlinini həkimə aparmağa məcbur olur.
Vəziyyəti ağır olduğundan S.Bəkirovanı Kürdəmir xəstəxanasından
Bakıya gətirirlər.
Bakıda baş verənlər isə bizə məlumdur. Respublika Yanıq Mərkəzinin
şöbə müdiri Vüqar Ələkbərovun sayəsində S. Bəkirova yenidən həyata
qayıdır.
Hazırda vəziyyəti stabil olan S. Bəkirova bir neçə əməliyyatdan
sonra nisbətən yaxşı olduğunu bildirdi: “Sabah evə gedəcəm. Təbii
ki, anamgilə, qaynanamgilə bir də qayıtmaram. Yoldaşım da arada
gəlib mənə baş çəkir, məni atmayacağını deyir”.
Sonda S. Bəkirova özünü yandırdığına çox peşman olduğunu dedi:
“Kimsənin mənim kimi əzab çəkməsini istəmirəm, sizi canınızdan
bezdirsələr belə, intihar etməyin. Mən bu əzabın nə olduğunu
bildiyim üçün istəmirəm kimsə bunları yaşasın”.
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı