İcra başçısı özünü yandıran əlildən danışdı
Bizi izləyin

Qırmızı.az

İcra başçısı özünü yandıran əlildən danışdı

Yevlax rayon sakini, əlil Nizami Yusif oğlu Kərimov bu gün səhər saatlarında özünü yandırıb.

Xeberdar.az saytı Yevlax rayon icra başçısı Qoca Səmədovla əlaqə saxlayıb. İcra başçısının sözlərinə görə, Nizami Kərimov 2013-cü il oktyabrın 1-nə kimi sosial yardım alıb. Lakin aparılan araşdırma nəticəsində məlum olub ki, sözügedən şəxsin nəinki, sosial vəziyyəti yaxşıdı, hətta özünəməxsus maşını da var. Elə bu səbəbdən də Nizami Kərimova verilən sosial yardım dayandırılıb.

Ailə üzvlərinin iddiasına görə, N.Kərimovun özünü yandırmasına səbəb Sosial Müdafiə Mərkəzinin əməkdaşlarının yardımı mənimsəməyə çalışması olub. İcra başçısı isə deyilənləri təkzib edərək fərziyə adlandırıb: “Səhər saatlarında özüm də şəxsən xəstəxanaya getmişdim. Müstəntiq Nizami Kərimovdan özünəqəsdin səbəbini soruşsa da, o heç bir açıqlama vermək istəmədi. Bundan başqa, onun həm psixoloji problemləri var, həm də spirtli içki qəbul edir. Elə bu kimi səbəbləri nəzrə alaraq məsələni nəzarətdə saxlayırıq və lazımi araşdırmalar aparılır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm