Qırmızı.az
“Modemi işlək saxlamaq təhlükəlidir” - Xəbərdarlıq
"İnternet istifadəçilərinin modemi günlərlə işlək vəziyyətdə saxlaması insanların həyatı üçün təhlükəlidir". Modern.az-ın məlumatına görə, bu sözləri "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev bildirib. Onun sözlərinə görə, bəzi abonentlər internetdən istifadə etmədikləri vaxtlarda da modemi söndürmürlər. "Hətta elə insanlar var ki, onlar modemləri aylarla elektrik şəbəkəsindən ayırmırlar. Bu zaman həm əlavə enerji sərfiyyatı olur, həm də yanğın təhlükəsi yaranır”.
Onun sözlərinə dörə, modem daimi olaraq işlək vəziyyətdə qaldıqda
cihazda istilik ayırmaları baş verir və bu da həm cihazın tez bir
zamanda sıradan çıxmasına, həm də tüstülənmə, yanğın hadisəsinin
yaşanmasına səbəb olur:
"İnsanlar evdən çıxarkən və eləcə də yatarkən modemləri
söndürmürlər. Bu zaman evdə yanğının baş verməsi və ağır nəticələr
törətməsi mümkündür. Modemlərin instruksiyasında da göstərilib ki,
istifadə olunmadıqda elektrik şəbəkəsindən ayrılmalıdır. Təəssüf
ki, bu gün internet istifadəçilərinin bəziləri bu qaydaya riayət
etmir. BTRİB abonentlərə müraciət edərək onları internetdən
istifadə etmədikləri vaxt modemləri elektrik şəbəkəsindən ayırmağa
çağırır".
X.Kişiyev ona da bildirib ki, mənzillərdə uşaqlar modemlərdən uzaq
tutulmalıdır: "Dünyada baş verən hadisələrdən bəlli olur ki,
valideynlərin nəzarətindən yayınan uşaqlar modemlərlə təmasda
olduqları zaman arzuolunmaz hadisələr baş verir. Yeri gəlmişkən onu
da qeyd edim ki, bəzən modemlərin tozunu almaq üçün nəm əskilərdən
istifadə olunur. Bu, tamamilə yolverilməzdir. Hər kəs bilməlidir
ki, modemlər yalnız quru əsgilərlə silinməlidir".
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ