Moskvada qanuni oğru həbs edildi
Bizi izləyin

Qırmızı.az

Moskvada qanuni oğru həbs edildi

Dünən Moskva polisi 27 yaşlı qanuni oğru Nukri Doçiyanı həbs edib.

Publika. az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, kriminal aləmdə Nukri Qalski ləqəbilə tanınan avtoritetin üzərindən heroin aşkarlanıb. Faktla bağlı cinayət işi qaldırılıb.

Doçiya – Kardava qardaşlarının menqrel klanına daxil olan oğrulardandır. Bu klanın üzvləri əsasən İstanbulda toplantı keçirirlər.

Nukri bundan əvvəl də hüquq-mühafizə orqanları ilə problem yaşamış və ötən ilin dekabrında digər avtoritet Roma Sevastopolski ilə birgə yeni il bayramını dəmir barmaqlıqlar arxasında keçirmişdi.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm