• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Abituriyentlərə psixoloji dəstək - FOTOLAR

Abituriyentlərə psixoloji dəstək - FOTOLAR

Bakı Ali Neft Məktəbi, Sabancı Universiteti, Hədəf Kursları və Psixologiya-Konsultasiya Mərkəzinin birgə təşkilatçılığı ilə BANM-də 2 günlük "Abituriyentlərin imtahana psixoloji hazırlığı" adlı layihə həyata keçirilmişdir.

İki gün davam edən seminarın keçirilməsində əsas məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyəcan və narahatçılığın aradan qaldırılması və vaxtın idarə olunmasına kömək etmək olmuşdur.

Layihədə respublikamızın tanınmış psixoloqları ilə yanaşı Türkiyə Respublikasından dəvət olunmuş professorlar abituriyentlərə özünə inam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik, qərarsızlıq və s. aradan qaldırılması, imtahan müddətində vaxtın düzgün bölünməsi, imtahan sonrası ixtisas seçimində düzgün qərar vermələri ilə bağlı məsləhətlər veriblər.

Qarşıdan gələn qəbul imtahanlarında abituriyentlərə uğurlar arzu edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirmişdir ki, bu kimi layihələrin təşkil olunmasını təhsilin inkişafında uğurlu addımlardan biri kimi hesab edir.

O qeyd etmişdir ki, beynəlxalq təcrübədə imtahan öncəsi bu tip seminarların keçirilməsi abituriyentlərin qəbul imtahanlarında daha yaxşı nəticə göstərdiyini sübut edibr. Bu baxımdan belə layihələrin tez-tez təşkil olunması istər abituriyentlər üçün istərsə də onların valideyinləri üçün olduqca önəmli və vacibdir.

Tədbirdə çıxış edən "Hədəf" kurslarının direktoru Şəmil Sadıq bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinə əsasən gənclərin özlərin yüksək səviyyədə inkişaf etdirmələri üçün Dövlət tərəfindən yüksək şəraitin yaradıldığını qeyd etmiş və bildirmişdir ki, öz gələcəyini və ölkəmizin gələcəyini düşünən hər bir gənc bu imkanlardan maksimum yaralanmalıdır.

Daha sonra Ş. Sadıq hər bir abituriyentə ən çox istədikləri tələbə adını qazanmalarını diləyib.

Tədbirin sonunda ən fəal iştirakçılara Bakı Ali Neft Məktəbinin,Sabancı Universitetinin və Hədəf kurslarının hədiyyələri təqdim olunub.

Layihənin ən fəal iştirakçısı Nigar Qasımova isə Sabancı Universitetinin dəstəyi ilə iki günlük İstanbul gəzintisi hüququ qazanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR