Qırmızı.az
Azərbaycanlı müğənni intihar etmək istəyir – Şok səbəb - FOTOLAR
“Bülbüllər - 1984” Respublika Mahnı Festivalının qalibi, müğənni Ziyəddin Səfərov intihar etmək istəyir. Bunu AzNews.az-a açıqlamasında müğənninin özü bildirib. O deyib ki, intihar etməsi fikrinə gəlməsinə səbəb açınacaqlı vəziyyətdə yaşaması və sosial problemlərinin həddindən artıq çoxluğudur:
“Mənə kömək edin, ay vicdanlı adamlar! Dolana bilmirəm, borcun içində ölürəm. Borclu olduğum insanlar qapıma dirənib. Elə vəziyyətdəyəm ki, intihar etmək fikrinə düşmüşəm”.
Z. Səfərov bu niyyətini həyata keçirməyə bir neçə dəfə cəhd
etdiyini də bildirib:
“Metronun “28 May” stansiyasının yanında özümü atmaq üçün yer axtardım, lakin tapa bilmədim. Yaşamaq istəmirəm. Heç kimin balasına, nə də özünə belə acınacaqlı həyat arzulamıram”.
Binəqədidə kirayə qaldığını deyən müğənni bir vaxtlar onunla musiqi
təhsili alan bu günün tanınmaşlarından heç bir dəstək görmədiyini
də deyib:
“Aybəniz Haşımova, Könül Kərimova və başqaları ilə görüşsəm də, danışsam da, heç biri yaxına gəlmir. Televiziyaların qapıları üzümə bağlıdır. Bir “Xəzər”dən başqa, hamısı pul umur. Yenə sağ olsun Zaur Kamal, “Xəzər”də aparıcısı olduğu “Ay Zaur” verlişinə çıxarıb məni. Halal olsun ona, kişi adamdır, qalanları “bandit”di”.
Özü haqqında məlumat verən müğənni bildirib ki, “Bülbüllər -1984”
festivalının qalibi olduqdan sonra bu gün bir çox tanınmış
müğənnilərlə - Aybəniz Haşımova, Gülüstan Əliyeva, Könül Kərimova
ilə birlikdə 1987-ci ilədək Bülbül adına orta ixtisas musiqi
məktəbində təhsil alıb:
“Amma ailə vəziyyətimlə əlaqədar bir müddət sənətdən uzaqlaşdım. On il sonra işləmək üçün Bakıya qayıtdım. Yeddi ildir Bakıda yaşayıram, əgər buna yaşamaq demək mümkündürsə. Çıxış yolunu intiharda tapacağam. Bu gün də olmasa, sabah intihar edəcəyəm”.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye