Nazir sərt xəbərdarlıq etdi
Bizi izləyin

Qırmızı.az

Nazir sərt xəbərdarlıq etdi

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarları məsuliyyətsizlikdə günahlandırıb.


Trend-in məlumatına görə, nazir jurnalistlərə bildirib ki, buna görə də daha güclü inzibati tədbirlərin görülməsinə ehtiyac var: "Onu da etiraf etməliyik ki, bütün sahibkarlar lazımi qədər məsuliyyətlə bu işə yanaşmırlar. Əgər onlar bizim tövsiyələrimizi yerinə yetirmirlərsə, deməli, biz daha güclü inzibati tədbirlər görməliyik".


Ə.Qarayev bildirib ki, ötən il təxminən 6-7 şirkətin və otelin lisenziyası ləğv edilib. Bakı 2015 ilk Avropa Oyunlarına hazırlıq dövründə isə turizm müəssisələrinin lisenziyalaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşılır: "Çünki bizim məqsədimiz odur ki, Avropa Oyunlarına qədər Azərbaycanda bütün otellər lisenziyalaşdırılmış olsun".


Hazırda yay turizm mövsümü ilə əlaqədar monitorinqlərin davam etdiyini deyən nazir əlavə edib ki, dünən bununla bağlı növbəti əmr imzalayıb. Növbəti monitorinqlər üç istiqamət üzrə aparılır. Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri bu monitorinqlər zamanı istirahət mərkəzlərinin fəaliyyətinin bütün qaydalara uyğun olub-olmaması təhlil edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm