Yalançı polislər tutuldu
Bizi izləyin

Qırmızı.az

Yalançı polislər tutuldu

Azərbaycanda özlərini polis əməkdaşı kimi təqdim edən dəstənin üzvləri tutulub.


Publika.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yardımlı rayon sakini Balaxan Əliyev polisə ərizə ilə müraciət edərək bildirib ki, evinə gələn şəxsiyyəti məlum olmayan bir qrup şəxs özlərini polis əməkdaşı kimi təqdim edib. Onlar oğlu Rabilin Cəlilabad sakini Xəyal Həsənova narkotik vasitə satdığını bildirərək tutulmaması müqabilində ondan 20 min manat pul tələb ediblər.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Sübhan İsayev, Cavid Qurbanov, Bəhram Kərimov ə Şahin Mahmudov tutulub.


Cinayətdə iştirak edən Fəqan Əhmədov və Zaur Rzayevin tutulması istiqamətində iş aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm