Bərdədə gənc intihar edib-VİDEO
Bizi izləyin

Qırmızı.az

Bərdədə gənc intihar edib-VİDEO

Səbəbi bilinməyən intihar hadisələrinin sayına daha biri əlavə olundu

Səbəbi bilinməyən intihar hadisələrinin sayına daha biri əlavə olundu.

Bərdə rayonu Xanərəb kənd sakini 1982-ci il təvəllüdlü Xəlilov Elmir Xəlil oğlu özünə odlu silahla atəş aşaraq intihar edib.

Hadisə ötən gecə Xanərəb kəndində baş verib. Yaralı dərhal ailə üzvülərinin köməkliyi ilə Bərdə rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məumatda bildirilir ki, daxil olarkən yaralının vəziyyəti olduqca ağır olub və o dərhal əməliyyata qaldırılıb.

Yarlı 6 saatdan çox cərrahi əməliyyatda qalıb. Lakin, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Sakinlərin bildirdiyinə görə onun heç kimlə ədavəti olmayıb. Hadisə baş verən gün isə onu fikirli görüblər. Lakin, hadisənin bu həddə çata biləcəyini kimsə düşünməyib.

Onun özünü öldürməyə cəhd etməsi isə hamını şoka salıb. Baş verən faktla bağlı Bərdə rayon prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Hadisənin dəqiq baş vermə səbəbləri və təfərrüatlar araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm