Qadın sürücü qəza törətdi, 4 nəfər xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Qadın sürücü qəza törətdi, 4 nəfər xəsarət aldı

Bakı-Şamaxı yolunun 30-cu kilometrliyində ağır yol qəzası baş verib. Qəza zamanı bir-birinə əks istiqamətlə hərəkət edən ”Toyota” və “Ford” markalı avtomobillər toqquşub. Qəza zamanı ”Ford”un sürücüsü 41 yaşlı Aidə Nəbiyeva, avtomobildəki sərnişinlər17 yaşlı Gülnar Nəbiyeva, 15 yaşlı Gülşən Süleymanova və 8 yaşlı Nigar Nəbiyeva ağır dərəcəli bədən xəsarətləri ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Xəstəxanan baş həkimi Tərlan Bəbirovun Publika.az-a verdiyi məlumata görə yaralılar tibbi müayinə olunub, vəziyyətləri orta stabildir. ”Ford”un sürücüsü 41 yaşlı Aidə Nəbiyevanın isə vəziyyəti orta ağırdır.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirildi ki, ilkin məlumata görə, qəza avtomaşının sürət həddini aşması və bir-birilərinin yoluna çıxması səbəbindən baş verib.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm